Menyu

Ermənistan və Azərbaycanın XİN başçıları telefonla danışıb - YENİLƏNİB

Operativ Media
Ermənistan və Azərbaycanın XİN başçıları telefonla danışıb - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər narahatlıqlarını ifadə edərək gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edib, sabitlik və təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov erməni həmkarını 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən, mülki infrastruktura ziyan vurulması və mülki şəxslərin xəsarət alması ilə nəticələnən dron hücumları barədə məlumatlandırıb.

Nazirlər Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün təmin edilməsinin vacibliyini qeyd edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

00:03

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, söhbət zamanı nazirlər regionda baş verən son proseslər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini vurğulayıb, sabitlik və təhlükəsizliyin təmin edilməsinin önəmini qeyd ediblər.

Nazirlər həmçinin Ermənistan və Azərbaycan arasında davamlı sülhün əhəmiyyətini məmnunluqla qeyd edib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Əlaqəli Xəbərlər