Menyu

Azərbaycan və Moldova XİN başçıları görüşüb - YENİLƏNİB

Operativ Media
Azərbaycan və Moldova XİN başçıları görüşüb - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

***

11:59

Xarici işlər naziri Ceyhun Bayramov martın 6-da Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" hesabında paylaşım edib.

Ceyhun Bayramov Moldova XİN rəhbərini qarşılayıb, daha sonra tərəflər arasında ikitərəfli görüş başlayıb.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Moldova Respublikasının xarici işlər naziri Mixay Popşoini 2026–2027-ci illər üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Moldova Respublikasının Xarici İşlər Nazirliyi arasında Məsləhətləşmələr Planını imzalayıblar.

Sənəd siyasi dialoqun gücləndirilməsi, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan–Moldova tərəfdaşlığının inkişaf etdirilməsi istiqamətində tərəflərin öhdəliyini bir daha təsdiqləyir.

Fotogalereya

Əlaqəli Xəbərlər