Moldovanın Baş nazirinin müavini Şəhidlər xiyabanını ziyarət edib
Operativ Media
Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi martın 6-da Şəhidlər xiyabanını ziyarət edib.
Operativ Media xəbər verir ki, Baş nazirinin müavini Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının mənzərəsini seyr edən qonağa Azərbaycan paytaxtında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.