Menyu

Milli Məclisin Komissiyası İranın Naxçıvana PUA hücumlarını hibrid əməliyyat kimi qiymətləndirib

Operativ Media
Milli Məclisin Komissiyası İranın Naxçıvana PUA hücumlarını hibrid əməliyyat kimi qiymətləndirib
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı Komissiyası Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikası ərazisindən olunan PUA hücumlarına dair Bəyanat qəbul edib.
Operativ Media  xəbər verir ki, bəyanatda Muxtar Respublikanın yeganə beynəlxalq hava qapısı olan Hava Limanının və mülki infrastrukturun hədəfə alınmasını beynəlxalq hüququn norma və prinsiplərinin pozulması, dövlətin ərazi bütövlüyü və suverenliyinə yönəlmiş qəsd və terror aktı kimi qiymətləndirilir:
"Komissiya İran tərəfindən həyata keçirilən, özündə hərbi, siyasi və informasiya komponentlərini birləşdirən bu xain hərəkəti həm də hibrid hücum əməliyyatı hesab edir. Eyni zamanda, Azərbaycanın sosial media seqmentində İranın bu fəaliyyətini dəstəkləyən informasiya kampaniyasının aparıldığı və manipulyativ fikirlərin yayıldığı müşahidə olunur".
Bəyanatda vurğulanıb ki, bu hücumların vətəndaşlar arasında çaşqınlıq və qorxu yaratmaq, müvafiq dövlət qurumlarına olan etimadı sarsıtmaq, Azərbaycanın regional mövqeyinə və beynəlxalq nüfuzuna zərər vurmaq məqsədilə edildiyi şübhə doğurmur:
"Azərbaycan tərəfi beynəlxalq hüquq çərçivəsində müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı və xaricdə yaşayan soydaşlarımızı dövlətimizin gücünə və rəsmi məlumatlara inanmağa çağırırıq".

Əlaqəli Xəbərlər