Menyu

Serbiya XİN İranın Naxçıvana dron hücumlarını pisləyib

Operativ Media
Serbiya XİN İranın Naxçıvana dron hücumlarını pisləyib

Serbiya Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana dron hücumlarını pisləyib.

Operativ Media  xəbər verir ki, bu barədə Serbiya XİN bəyanat yayıb.

“Serbiya XİN Naxçıvan Muxtar Respublikası ərazisində yaşanan, ərazi və əhalinin təhlükəsizliyini zərbə altında qoyan insidenti qəbuledilməz hesab edir. Serbiya Respublikası Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, vurğulayırıq ki, dost ölkələri geniş regional münaqişələrə cəlb etmək və ya Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, sərhəd bölgələri destabilizə etmək cəhdləri qəbuledilməzdir. Serbiya sülhün qorunub-saxlanılması, beynəlxalq hüquq və BMT Xartiyasına hörmət prinsiplərinə, eləcə də Azərbaycan Respublikası ilə dost və tərəfdaş əlaqələri gücləndirmək prinsiplərinə möhkəm şəkildə sadiqdir”, - bəyanatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər