Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta martın 11-də Azərbaycana rəsmi səfər edəcək ki, bu da onun Aİ institutunun başçısı qismində Bakıya ilk səfəri olacaq.
Operativ Media xəbər verir ki, bu barədə Aİ Şurasının başçısının ofisindən bildirilib.
"Səfər regional xarakter daşımır. Bu, Aİ Şurasının başçısının Azərbaycana ilk rəsmi səfəridir", - Koştanın ofisində qeyd ediblər.
Səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyev və hökumətin yüksək vəzifəli nümayəndələri ilə bir sıra yüksək səviyyəli görüşlər keçirməsi planlaşdırılır.