Antonio Koşta: Azərbaycan Avropa İttifaqı üçün strateji əhəmiyyətli tərəfdaşdır
Operativ Media
Avropa İttifaqı (Aİ) Azərbaycan hökuməti və xalqı ilə tam həmrəydir.
Operativ Media xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta martın 11-də ölkəmizə edəcəyi səfərlə bağlı açıqlamasında bildirib.
“Azərbaycan Aİ üçün strateji əhəmiyyətli tərəfdaşdır: enerji sahəsində əməkdaşlığımız enerji təchizatımızı şaxələndirmək və enerji təhlükəsizliyimizi gücləndirmək səylərimiz üçün çox vacibdir. Görüşümüz, həmçinin Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi vəziyyəti müzakirə etmək üçün bir fürsət olacaq. Avropa İttifaqı Azərbaycan hökuməti və xalqı ilə tam həmrəydir”, - deyə A.Koşta qeyd edib.