19 Oktyabr 2022, 20:07
Böyük Dəbilqədə Azərbaycanı bu idmançılar təmsil edəcək
Böyük Dəbilqədə Azərbaycanı bu idmançılar təmsil edəcək şəkil
Böyük Dəbilqədə Azərbaycanı bu idmançılar təmsil edəcək

Cüdo üzrə Azrərbaycan milli komandalarının oktyabrın 21-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində start götürəcək Böyük Dəbilqə turniri üçün heyəti açıqlanıb.

Federasiyadan "Operativ Media"ya verilən məlumata görə, 3 gün davam edəcək yarışda 11 kişi və 2 qadın idmançı qüvvəsini sınayacaq.

Kişilərdən 60 kq-da Balabəy Ağayev və Turan Bayramov, 66 kq-da Tofiq Məmmədov, 73 kq-da Vüsal Qələndərzadə və Nurlan Osmanov, 81 kq-da Elcan Hacıyev və Zelim Tçkayev, 90 kq-da Murad Fətiyev və Vüqar Talıbov, 100 kq-da Elmar Qasımov, 100 kq-dan yuxarı çəkidə isə Camal Qamzatxanov tatami üzərinə çıxacaq.

Qadınların mübarizəsində isə 48 kq-da Leyla Əliyeva və 52 kq-da Gültac Məmmədəliyeva medal qazanmağa çalışacaq.

Qeyd edək ki, Böyük Dəbilqədə dünyanın 66 ölkəsindən 428 idmançı iştirak edəcək.

Son xəbərlər
Türkiyənin Azərbaycandakı səfirliyi Gədəbəydə həlak olan əsgərlərlə bağlı başsağlığı verib
Haitinin hücumçusu: "Sabah qələbə qazanmaq istəyirik"
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Hindistan səfiri ilə görüşüb
Si Cinpin Prezident İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Panamada güclü zəlzələ baş verib
Azərbaycan OECD DAC-ın yüksək səviyyəli iclasında beynəlxalq yardım təcrübəsini paylaşıb
Çin "CERES-1" raketi ilə kosmosa 6 peyk buraxıb
CHP fövqəladə qurultay keçirəcək