Pezeşkian: Biz dost və qonşu ölkələrə hücum etməmişik
Biz dost və qonşu ölkələrə hücum etməmişik.
Operativ Media xəbər verir ki, bunu İran İslam Respublikasının Prezident Məsut Pezeşkian "X" hesabında yazıb.
O bildirib ki, İran İslam Respublikası həmişə regional hökumətlərlə mehriban qonşuluq və milli suverenlik, ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında dostluq münasibətlərinin qorunmasını və davam etdirilməsini vurğulayıb. Bununla yanaşı qeyd edib ki, bu mövqe İranın ABŞ və sionist rejimin hərbi təcavüzünə qarşı özünü müdafiə etmək üçün ayrılmaz hüququnu inkar etmir.
Pezeşkian digər paylaşımında bildirib ki, İran ölkəsini müdafiə etmək üçün ölümə qədər müqavimət göstərəcək. Onun sözlərinə görə, İranın müdafiə əməliyyatları yalnız İran xalqına qarşı təcavüzkar hərəkətlərin mənbəyi olan hədəflərə və obyektlərə qarşıdır və bu obyektlər qanuni hədəf hesab olunur.
İran prezidenti əlavə edib ki, onlar dost və qonşu ölkələrə hücum etməyiblər. O bildirib ki, əksinə, bölgədəki Amerika hərbi bazaları, qurğuları və obyektləri hədəf alınıb.