19 Oktyabr 2022, 20:14
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etdi şəkil
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Avropa İttifaqına üzv ölkələrin nümayəndələri Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə cəlb olunmasına görə İrana qarşı sanksiyalar tətbiq edib.

Məlumata görə, qərar cümə axşamı dərc edilməklə, yazılı şəkildə təsdiqlənəcək.

Bildirilib ki, üç şəxsə və bir PUA istehsal edən şirkətə qarşı sanksiya tətbiq edilib.

İranın “Shahed” PUA-larının istehsalçısı olan “Shahed Aviation Industries” şirkəti sanksiyaya məruz qalıb. Siyahıda həmçinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Korpusunun komandanı Seyid Ağacani və İranın Müdafiə Nazirliyində maddi-texniki təchizatdan məsul Höccətullah Qureyşi də var.

Son xəbərlər
Mirzoyan ATƏT-in baş katibi ilə görüşüb
Makron Böyük Britaniyaya səfər edəcək
Azərbaycan PL: "Şamaxı" "Kəpəz"i məğlub etdi
Abbas Əraqçi: ABŞ ilə danışıqlar səmərəli ola bilər
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 25 nəfər ölüb
ABL: "Gəncə" "Şəki"ni məğlub etdi
Binəqədidə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq