Ərdoğan: Türkiyənin dostluğunu sınağa çəkməyin
Operativ Media
Səmimi xəbərdarlıqlara baxmayaraq, Türkiyənin dostluğunu çətin vəziyyətə salacaq yanlış və təxribat xarakterli addımlar atılmaqda davam edir.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana yönəlik açıqlama verib.
O, ölkənin hava məkanının təhlükəsizliyinin daim nəzarətdə saxlanıldığını vurğulayıb.
Onun sözlərinə görə, F-16 qırıcıları hava məkanı sutkanın 24 saatı izləyir.
Ərdoğan əlavə edib ki, İran minillik qonşuluq və qardaşlıq münasibətlərinə kölgə salacaq addımlardan çəkinməlidir.
Türkiyə Prezidenti vurğulayıb ki, ölkəsinin mövqeyi aydındır və Ankara regionda atəşin daha da yayılmaması, həmçinin daha çox qan tökülməməsi üçün ciddi səylər göstərir.