Malta Azərbaycana dəstəyini ifadə edib
Operativ Media
Malta Azərbaycanın ərazisinə edilən dron hücumundan sonra ölkə ilə həmrəy olduğunu bəyan edib.
Operativ Media xəbər verir ki, bu barədə Maltanın Baş nazirinin müavini və xarici işlər naziri Yan Borq "X" hesabında yazıb.
“Malta Azərbaycanın ərazisinə edilən dron hücumundan sonra ölkə ilə həmrəy olduğunu bildirir. Suverenliyə və regional sabitliyə təhdid yaradan hər hansı hərəkəti qətiyyətlə pisləyirik və təmkinə, dialoqa və beynəlxalq hüquqa tam hörmət göstərilməsinə çağırırıq”, – deyə paylaşımda qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net