Putin: Yaxın Şərqdəki gərginlik neft və qaz qiymətlərinə təsir edir
Moskva dəfələrlə Yaxın Şərqdə sabitliyin pozulmasının neft və qaz qiymətlərinin artmasına səbəb olacağı barədə xəbərdarlıq edib.
Operativ Media xəbər verir ki, Rusiya Prezidenti bu açıqlamanı Kremldə dünya enerji bazarındakı vəziyyətə həsr olunmuş müşavirədə verib.
“Rusiya dəfələrlə xəbərdarlıq edib ki, Yaxın Şərqdə vəziyyəti destabilizasiya etmək cəhdləri qaçılmaz olaraq qlobal yanacaq və enerji sisteminə zərbə vuracaq”, – deyə Putin bildirib.
Onun sözlərinə görə, bölgədəki münaqişələr səbəbindən neft və qaz tədarükündə fasilələr yaranır və bu, beynəlxalq iqtisadi münasibətlər sisteminə mənfi təsir göstərir.
“Bu gün biz karbohidrogenlərin nəqli marşrutlarında logistik problemləri görürük və bunun qlobal istehsala, qlobal təchizat zəncirlərinə çox mənfi təsir etdiyini müşahidə edirik. Bu proses sənayeyə və bütün beynəlxalq iqtisadi münasibətlər sisteminə zərbə vurur”, – deyə Rusiya Prezidenti əlavə edib.