Menyu

Ukrayna-Rusiya-ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

Operativ Media
Ukrayna-Rusiya-ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

Ukrayna-Rusiya-ABŞ üçtərəfli danışıqların növbəti mərhələsi təxirə salınıb.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Zelenski Ukrayna danışıqlar qrupu ilə görüşünün nəticələrini müzakirə edib.

Yaxın Şərqdəki vəziyyətə görə təxirə salınan ABŞ və Rusiya ilə növbəti görüş müzakirə olunub.

Prezident açıqlamasında bildirib ki, Amerika tərəfi ilə intensiv onlayn əlaqə saxlanılması vacibdir. “Hazırda tərəfdaşlarımızın prioriteti və bütün diqqəti İran ətrafındakı vəziyyətə yönəlib və buna görə də Amerika tərəfinin təklifi ilə bu həftə planlaşdırılan görüş təxirə salınıb", - deyə Zelenski əlavə edib.

Eyni zamanda, Zelenski vurğulayıb ki, Ukrayna istənilən vaxt müharibənin bitməsinə kömək edə biləcək və real formatda görüşməyə hazırdır.

Qeyd edək ki, martın əvvəlində də nəzərdə tutulan görüş Yaxın Şərqdəki hərbi eskalasiyaya görə təxirə salınmışdı.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər