Menyu

Azərbaycandan İrana göndərilən humanitar yardım "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb - YENİLƏNİB

Operativ Media
Azərbaycandan İrana göndərilən humanitar yardım "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb - YENİLƏNİB

Azərbaycandan İrana göndərilən humanitar yardım "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb.

Operativ Media xəbər verir ki, humanitar yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə sərhəd buraxılış məntəqəsinə gətirilib.

Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Hazırda humanitar yardım yüklənmiş avtomobillər "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən yola salınır.


***

09:21

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.

Operativ Media xəbər verir ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Fotogalereya

Əlaqəli Xəbərlər