Deputat: Azərbaycanın İrana humanitar yardım göndərməsi beynəlxalq humanitar hüquqa sadiqliyin göstəricisidir
İran Prezident Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə etdiyi telefon zəngində İrana humanitar yardımla bağlı niyyətinə görə Dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
Bu minnətdarlıq fonunda qeyd edilməlidir ki, Azərbaycanın İrana humanitar yardım göndərməsi humanitar jest olmaqla yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemində məsuliyyətli və praqmatik aktor kimi çıxış etdiyini nümayiş etdirir.
Operativ Media-ya bu barədə Milli Məclisin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.
Onun sözlərinə görə, İrana humanitar yardım göndərilməsi beynəlxalq humanitar hüquqa sadiqliyin göstəricisidir və regionda sabitlik, humanitar məsuliyyət mesajı verir. Bu adddım həmçinin, ölkəmizin beynəlxalq nüfuzunu və məsuliyyətli regional aktor kimi imicini gücləndirir.
O qeyd edib ki, İrana humanitar yardım göndərilməsi bu prinsiplərin praktiki ifadəsidir. Azərbaycan bununla göstərir ki, regionda baş verən hərbi qarşıdurmalar fonunda belə mülki əhalinin vəziyyətinə biganə qala bilməz.
"Xüsusilə nəzərə alsaq ki, İranda milyonlarla soydaşımız, müsəlman bacı-qardaşlarımız yaşayır. Ərzaq məhsulları və dərman preparatlarından ibarət yardımın Ramazan ayında edilməsi də nəzərə alınmalı olan faktorlandandır.
Bu addım bir daha göstərir ki, Azərbaycan regional münaqişələr fonunda belə humanitar dəyərləri və beynəlxalq hüquq prinsiplərini rəhbər tutan dövlət kimi çıxış edir". - deyə R. Nəbiyev vurğulayıb.
