İlham Əliyev Finlandiya prezidenti ilə danışıb - YENİLƏNİB
Martın 10-da Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Operativ Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Aleksandr Stubb İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumu ilə əlaqədar ölkəmizə dəstəyini ifadə edib.
Azərbaycan Prezidenti telefon zənginə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə Prezident Aleksandr Stubbun görüşləri və həmin görüşlər zamanı ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı aparılmış müzakirələr məmnunluqla xatırlanıb.
Azərbaycan və Finlandiya prezidentləri əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
18:49
Finlandiya Prezidenti Aleksandr Stubb Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı apardığını bildirib.
Operativ Media xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Finlandiya Prezidenti qeyd edib ki, telefon danışığı zamanı İran və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.