Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Operativ Media
Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Putin Rusiyanın münaqişənin tez bir zamanda deeskalasiyasının lehinə mövqeyini bir daha təsdiqləyib. Pezeşkian isə Moskvaya dəstəyinə və humanitar yardımına görə təşəkkür edib.