Menyu

Zelenski: Üçtərəfli danışıqların növbəti raundu gələn həftə keçirilə bilər

Əsəd Abbaslı
Zelenski: Üçtərəfli danışıqların növbəti raundu gələn həftə keçirilə bilər

Moskva, Kiyev və Vaşinqton nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli danışıqların növbəti raundu gələn həftə baş tuta bilər.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Onun sözlərinə görə, görüşün İsveçrə və ya Türkiyədə keçirilməsi mümkündür.

“Bu, ABŞ tərəfi tərəfindən təklif olunub, amma açığı, Yaxın Şərqdə nə baş verəcəyini görəcəyik”, – deyə Zelenski jurnalistlərə bildirib.

Ukrayna Prezidentinin mətbuat xidməti bildirib ki, o, bundan əvvəl Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı aparıb və Türkiyə lideri danışıqlara ev sahibliyi etməyi təklif edib.

Zelenskinin sözlərinə görə, qarşıdakı görüşdə hərbi əsirlərin mübadiləsi və liderlərin mümkün sammiti məsələləri müzakirə olunacaq.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steve Uitkoff da CNBC telekanalına müsahibəsində üçtərəfli danışıqların növbəti raundunun böyük ehtimalla gələn həftə keçiriləcəyini bildirib.

Əlaqəli Xəbərlər