Azərbaycandan keçməklə Rusiya taxılının növbəti partiyası Ermənistana göndərilir
Operativ Media
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqondan ibarət növbəti taxıl partiyası göndərilir.
Operativ Media xəbər verir ki, Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 1023 tondur.
Yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək.
Daha sonra qatar "Böyük Kəsik" stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
Qeyd edək ki, sonuncu dəfə martın 9-da Azərbaycandan tranzit keçməklə Ermənistana 488 ton Rusiya taxılını daşıyan 7 vaqondan ibarət yük qatarı göndərilib.