ABŞ səfiri CAR-nın Xarici İşlər Nazirliyinə çağırılıb
Operativ Media
ABŞ-nin Cənubi Afrikadakı səfiri Leo Brent Bozell bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Operativ Media xəbər verir ki, bu barədə Cənubi Afrikanın xarici işlər naziri Ronald Lamola bildirib.
"ABŞ səfiri qeyri-diplomatik açıqlamalarını izah etmək üçün XİN-ə çağırılıb" - məlumatda qeyd olunur.
Qeyd edək ki, bir gün əvvəl Hermanusda keçirilən konfransda çıxış edən Bozell ABŞ Prezidenti Donald Trampın Cənubi Afrikanın bloklaşmamış ölkəyə çevrilməsini istədiyini bildirib.