Menyu

Tramp: İran məktəbinə hücumla bağlı istintaqın nəticəsindən xəbərsizəm

Operativ Media
Tramp: İran məktəbinə hücumla bağlı istintaqın nəticəsindən xəbərsizəm
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp İrandakı məktəbə raket hücumu ilə bağlı ABŞ ordusunun məsuliyyət daşımasına dair Pentaqonun ilkin araşdırmasının nəticələrindən xəbərsiz olduğunu açıqlayıb.

Operativ Media-nın məlumatına görə, Tramp jurnalistlərə bildirib:

"Mən bu barədə məlumatlı deyiləm."

Qeyd edək ki, "The New York Times" qəzeti Pentaqonun araşdırmasının ilkin nəticələrinə istinad edərək, ABŞ-nin İranın Minab şəhərindəki məktəbə hücuma görə məsuliyyət daşıdığını yazıb.

Məlumata görə, məktəbə "Tomahavk" raketinin tuşlanması ABŞ Hərbi Kəşfiyyat Agentliyinin (DİA) təqdim etdiyi köhnəlmiş informasiya səbəbindən baş verib.

Əlaqəli Xəbərlər