Türkiyə XİN: İsrailin Livandakı hücumlarını qətiyyətlə pisləyirik
Operativ Media
Türkiyə İsrailin Livandakı hücumlarını pisləyib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrailin Livanda təxminən bir milyon insanın öz evlərini tərk etməsinə səbəb olan hücumları qətiyyətlə pislənilir.
Qeyd olunub ki, bu hücumlar beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.
Həmçinin bildirilib ki, Benyamin Netanyahu hökumətinin Qəzza zolağında həyata keçirdiyi dağıdıcı siyasətin Livanda davam etdirilməsinə yol verilməməlidir.
Nazirlik əlavə edib ki, İsrailin Livanın ərazi bütövlüyü və suverenliyini təhdid edən hücumları qarşısında Livan dövləti və xalqı ilə həmrəylik davam etdiriləcək.