Reuters: D-8 sammiti Yaxın Şərqdəki münaqişə səbəbindən təxirə salınıb
Operativ Media
Cakartada keçirilməsi planlaşdırılan D-8 sammiti Yaxın Şərqdəki münaqişə səbəbindən təxirə salınıb.
Operativ Media xəbər verir ki, bu barədə Reuters İndoneziya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, aprel ayında keçirilməli olan sammit qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, D-8-in əsası 1997-ci ildə qoyulub.
2024-cü ildən etibarən Azərbaycanın da qoşulması ilə üzv ölkələrin sayı 9-a çatıb.
Təşkilata üzv ölkələr aşağıdakılardır:
- Azərbaycan
- Türkiyə
- İndoneziya
- İran
- Malayziya
- Misir
- Nigeriya
- Pakistan
- Banqladeş
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net