Menyu

Ceyhun Bayramov BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ilə görüşüb

Operativ Media
Ceyhun Bayramov BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ilə görüşüb

13 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax ilə görüşüb.

Operativ Media-ya bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlıq məsələləri, dayanıqlı şəhərsalma, urbanizasiya proseslərinin idarə olunması, eləcə də şəhərlərin dayanıqlı inkişafı sahəsində tərəfdaşlığın perspektivləri müzakirə olunub. Tərəflər qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumunna (WUF-13) hazırlıq işləri, bu çərçivədə planlar ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə post-münaqişə dövründə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin, dağıdılmış şəhər və kəndlərin yenidən qurulmasının, müasir şəhərsalma prinsiplərinə əsaslanan yaşayış məntəqələrinin yaradılmasının ölkəmizin urbanizasiya sahəsində gördüyü işlərin əhəmiyyətli nümunəsi olduğu vurğulanıb.

Görüş zamanı həmçinin Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti və regionda artan gərginliklə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov bölgəmizdə mövcud vəziyyət və Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi barədə də qarşı tərəfi məlumatlandırıb, post-münaqişə dövründə bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın mövqeyi və təşəbbüsləri barədə danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər