Menyu

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə Trans-Xəzər və TRIPP layihələrini müzakirə edib

Operativ Media
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə Trans-Xəzər və TRIPP layihələrini müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə TRIPP layihəsini müzakirə edib.

Operativ Media xəbər verir ki, o bununla bağlı "X " sosial media hesabında post paylaşıb.

"Avropa İttifaqının Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Eduard Stiprais ilə regional əməkdaşlıq, xüsusilə əlaqəlilik, eləcə də Trans-Xəzər və TRIPP layihələri ilə bağlı səmərəli müzakirələr apardıq. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasında tam üzvlüyü nəzərə alınmaqla, bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur", - paylaşımda qeyd olunub.

Əlaqəli Xəbərlər