Menyu

Hikmət Hacıyev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Operativ Media
Hikmət Hacıyev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Çinin keçmiş Avropa işləri üzrə xüsusi nümayəndəsi və Çinin Azərbaycandakı səfiri Vu Hongbo ilə görüş keçirib.

Operativ Media xəbər verir ki, o, bu barədə paylaşım edib.

Bildirilib ki, görüş zamanı Azərbaycan–Çin arasında hərtərəfli strateji əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb və mühüm regional mövzular müzakirə olunub.

Hikmət Hacıyevin sözlərinə görə, bu görüş iki ölkə arasındakı münasibətlərin dərinliyini əks etdirən faydalı dialoq olub.

Əlaqəli Xəbərlər