Hakan Fidan: Yaxın Şərqdəki müharibə coğrafi baxımdan genişlənmə riski daşıyır
Operativ Media
ABŞ və İsrail-İran münaqişəsinə təcili diplomatik yolla həll yolu tapılmazsa, regiondakı müharibə coğrafi baxımdan genişlənmə riski ilə üzləşə bilər.
Operativ Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"Təəssüf ki, müharibə başlamazdan əvvəl verdiyimiz ilkin xəbərdarlıqlar və təhlillər real oldu. Biz lap əvvəldən deyirdik ki, bu müharibə nəzarətdən çıxa bilər. Müharibə mümkün qədər tez başa çatmalı və danışıqlar masasına qayıtmaq lazımdır. Əks təqdirdə, müharibənin bölgədə daha da yayılmasının şahidi olacağıq. İrana hücumlar davam edərsə və İran da öz növbəsində qonşu ölkələrə hücum edərsə, vəziyyətin çətinləşəcəyindən və nəzarətdən çıxacağından çox narahatıq. Buna son qoyulmalıdır", - deyə o, bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net