Menyu

Belçikanın sabiq Baş naziri: Azərbaycanı ittiham edib ondan qaz istəmək utancvericidir

Operativ Media
Belçikanın sabiq Baş naziri: Azərbaycanı ittiham edib ondan qaz istəmək utancvericidir

İttiham etdiyimiz Azərbaycanın bizə daha çox qaz satmasını istəyirik.

Operativ Media xəbər verir ki, bunu Belçikanın sabiq Baş naziri Yves Leterme XIII Qlobal Bakı Forumu çərçivəsində “The Economist” jurnalının təşkilatçılığı ilə keçirilən “Cənub-Şərqi Avropa və Trans-Xəzər Biznes Sammiti” konfransında bildirib.

“Bir Avropa İttifaqı vətəndaşı kimi azərbaycanlıların gözlərinə baxmağa utanıram. Bir tərəfdən onları bir çox məsələlərdə, o cümlədən insan haqlarının pozulmasında ittiham edirik, digər tərəfdən isə bu böhran dövründə onlardan bizə daha çox qaz satmalarını istəyirik. Məncə, bu, utancvericidir”,- deyə Yves Leterme qeyd edib.

Əlaqəli Xəbərlər