Menyu

Onurğa problemləri niyə artır? Fizioterapevtdən məsləhətlər

Ayşən Sadıxzadə
Onurğa problemləri niyə artır? Fizioterapevtdən məsləhətlər

Müasir dövrdə skolioz, disk yırtığı, boyun ağrıları və qamət pozğunluğu kimi problemlər həm uşaqlar, həm də böyüklər arasında geniş yayılıb. Bu kimi ortopedik və onurğa problemləri vaxtında diqqət edilmədikdə insanların gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərə bilər.

Uzman fizioterapevt Əziz Dəvrişov Operativ Media-ya müsahibəsində skoliozun irəliləmə ehtimalı, disk yırtığının müalicəsi, boyun ağrılarından qorunma yolları, diz artriti, uşaqlarda qamət pozğunluğu və yastı pəncəlik kimi mövzularla bağlı vacib sualları cavablandırıb.

- Skolioz zamanla irəliləyə bilərmi?

-Skalioz bəzi hallarda zamanla irəliləyə bilər, xüsusilə uşaqlıq və yeniyetməlik dövründə bədən böyüdükcə əyrilik arta bilər. Müalicə və düzgün məşqlər edilməzsə, əyriliyin dərəcəsi zamanla daha da artma ehtimalı daşıyır.

- Disk yırtığı tam sağalırmı?

-Disk yırtığı tamamilə sağalmır, lakin düzgün müalicə və məşqlərlə simptomlar azalır və insan normal həyata davam edə bilir. Müalicə olunmadıqda isə ağrı və digər şikayətlər davam edə bilər.

- Boyun ağrısından xilas olmaq üçün nə etmək lazımdır?

- Boyun ağrısından xilas olmaq üçün ilk növbədə düzgün duruşa diqqət etmək, uzun müddətli eyni vəziyyətdə qalmamaq və boyun əzəllərini gücləndirən məşq eləmək lazımdır. Həmçinin fizioterapiya və iş zamanı boyuna düşən yükləri azaltmaq da ağrının azalmasına kömək edə bilər.

-Diz artriti tam sağalırmı?

- Diz artriti tam sağalmır, çünki bu xəstəlikdə oynaq qığırdağı zamanla aşınır. Lakin düzgün müalicə, məşq və həyat tərzi dəyişiklikləri ağrını azaltmaq və xəstəliyin irəliləməsini yavaşlatmaq mümkündür.

- Qamət pozğunluğu uşaqlarda düzələ bilərmi?

-Qamət pozğunluğu uşaqlarda çox vaxt idman və xüsusi məşqlərlə düzəldə bilər. Erkən mərhələdə düzgün məşqlər, aktiv həyat tərzi və düzgün oturuş vərdişləri qamətin normallaşmasına kömək edir.

- Yastı pəncəlik hansı yaşlarda müalicə olunur?

- Yastı pəncəlik əsasən uşaqlıq dövrü, yəni 3-10 yaş arasında və erkən mərhələdə müalicə olunur. Müalicə adətən xüsusi məşqlər, ortopedik cihazlar vasitəsilə aparılır.

Əlaqəli Xəbərlər