Menyu

Şərqi Afrika Ədalət Məhkəməsinin nümayəndə heyəti Ali Məhkəmədə olub

Operativ Media
Şərqi Afrika Ədalət Məhkəməsinin nümayəndə heyəti Ali Məhkəmədə olub

2026-cı il martın 16-da XIII Qlobal Bakı Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Şərqi Afrika Ədalət Məhkəməsinin prezidenti Nestor Kayoberanin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Qonaqları salamlayan Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Azərbaycan Respublikası ilə Şərqi Afrika regionu arasında hüquqi əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Görüş zamanı ölkəmizdə məhkəmə-hüquq sisteminin modernləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, məhkəmə fəaliyyətində innovativ texnologiyaların tətbiqi və hakimlərin seçilməsi prosesində beynəlxalq standartların tətbiqi barədə ətraflı məlumat verilib.

Həmçinin məhkəmə sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, təcrübə və informasiya mübadiləsinin təşviqinin əhəmiyyəti qeyd olunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Nestor Kayobera Azərbaycan məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirdiyini bildirib. Məhkəmələr arasında təcrübə mübadiləsinin və institusional əməkdaşlığın faydalı olacağı vurğulanıb.

Görüş zamanı tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər