Menyu

Paşinyan Bolqarıstanın yeni təyin olunmuş səfiri ilə sülhü müzakirə edib

Operativ Media
Paşinyan Bolqarıstanın yeni təyin olunmuş səfiri ilə sülhü müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Bolqarıstanın Ermənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikola Nikolovu qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, Paşinyan səfiri vəzifəyə başlaması münasibətilə təbrik edib və onun fəaliyyəti dövründə Ermənistan-Bolqarıstan arasında əməkdaşlığın inkişaf edərək genişlənəcəyinə ümid etdiyini bildirib.

Baş nazir son illərdə ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini və yüksək səviyyəli siyasi dialoqun aparıldığını qeyd edib.

Görüşdə tərəflər həmçinin Ermənistan ilə Azərbaycan arasında sülhün bərqərar olması və regional əməkdaşlıq məsələlərinə də toxunublar.


Əlaqəli Xəbərlər