Azərbaycan və Pakistan XİN rəhbərləri telefon danışığı aparıb
Operativ Media
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin "X"dəki hesabında paylaşım edilib.
Bildirilib ki, nazirlər regionda davam edən vəziyyətin son inkişafları barədə fikir mübadiləsi aparıb və qarşılıqlı maraq doğuran ikitərəfli məsələləri müzakirə ediblər.