Menyu

Netanyahu: "Əli Laricanini məhv etdik"

Operativ Media
Netanyahu: "Əli Laricanini məhv etdik"

İsrailin Baş naziri Binyamin Netanyahu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və Bəsic Təşkilatının rəhbəri Qulamrza Süleymaninin öldürüldüyünü açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

"Bu səhər İranı idarə edən qanqster dəstəsi olan Əli Laricanini məhv etdik. Onunla birlikdə Bəsic komandirini də məhv etdik. Bunlar Tehran və İranın digər şəhərlərinin küçələrində xalqa qarşı terror yaradan qanqsterlərin köməkçiləridir.

İran xalqına onu devirmək şansı vermək ümidi ilə bu rejimi zəiflədirik. Bu, birdən-birə və asanlıqla baş verməyəcək. Amma əgər biz buna davam etsək, onlara taleyini öz əllərinə almaq şansı verəcəyik", - deyə Baş nazir qeyd edib. 

Qeyd edək ki, bu gün İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrail ordusunun hücumu nəticəsində öldürüldüyü barədə xəbərlər yayılmışdı.

Əlaqəli Xəbərlər