Zelenski Londona səfər edib - YENİLƏNİB
Böyük Britaniya kralı III Çarlz çərşənbə axşamı Ukrayna Prezidenti Volodimir Zelenskini Bukinqem sarayında qəbul edib.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
"Böyük Britaniyaya işgüzar səfərimə kral III Çarlzın qəbulu ilə başladım. Əlahəzrətə və bütün kral ailəsinə dəyişməz dəstəyə və Ukrayna ilə həmrəyliyə görə təşəkkür edirəm", - Zelenski teleqram kanalında yazıb.
Görüşün detalları açıqlanmır. Londona səfəri çərçivəsində Ukrayna lideri, həmçinin Britaniya hökumətinin başçısı Kir Starmerlə ikitərəfli, daha sonra NATO-nun Baş katibi Mark Rütte ilə birgə görüş keçirəcək, ardınca isə Britaniya parlamentinin üzvləri qarşısında çıxış edəcək.
19:30
Ukrayna Prezidenti Volodimir Zelenski Londona səfər edib.
Operativ Media xəbər verir ki, onu hava limanında Böyük Britaniya rəhbərliyindən yüksək vəzifəli şəxslər qarşılamayıb.
Zelenski özünün "Telegram" kanalında bildirib ki, o artıq Böyük Britaniya Kralı III Çarlz ilə Bukinqem sarayında görüş keçirib.
Səfər çərçivəsində Ukrayna liderinin Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə də görüşü planlaşdırılır.
Bundan əlavə, onun Britaniya parlamentində çıxış edəcəyi gözlənilir.