Menyu

Hakan Fidan kanadalı həmkarı ilə müzakirələr aparıb

Operativ Media
Hakan Fidan kanadalı həmkarı ilə müzakirələr aparıb

Türkiyə və Kanada ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə, Fars körfəzi və Hörmüz boğazındakı gərginlikdən narahatdır.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan kanadalı həmkarı Anita Anand ilə birgə mətbuat konfransında deyib.

"Regional təhlükəsizlik üçün təhdid yaranıb və bu, bölgə ölkələri arasındakı münasibətlərə də təsirsiz ötüşməyəcək",- H. Fidan bildirib və əlavə edib ki, savaşın fəsadları beynəlxalq nizamı poza bilər:

"Türkiyə olaraq müharibənin ilk günündən (28 fevral – red.) tərəflər arasında dialoq yaratmağa çalışırıq".

Əlaqəli Xəbərlər