Azərbaycan və İran XİN başçıları telefonla danışıblar - YENİLƏNİB
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Telefon danışığı zamanı, regional vəziyyət və ikitərəfli əlaqələr müzakirə olunub.
Nazir Ceyhun Bayramov İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumlarından sonra verilmiş vədə uyğun olaraq, İran tərəfindən araşdırmaların tamamlanmasının vacibliyini diqqətə çatdırıb.
Ümumilikdə, aparılan müharibə zamanı mülki obyektlərin hədəf alınmamasının zəruriliyi, bölgədə hərbi eskalasiyaya qısa müddət ərzində son qoyulmasının və mövcud çətinliklərin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğumuz vurğulanıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
22:19
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, tərəflər regional vəziyyət və ikitərəfli münasibətlərin cari vəziyyətini müzakirə ediblər.
Telefon danışığı zamanı bəzi ikitərəfli məsələlər də müzakirə olunub, mövcud şəraitdə anlaşılmazlıqların aradan qaldırılması üçün yaxın məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.