Avropa Beynəlxalq Hospitalında ürək - damar xəstəlikləri belə aşkarlanır - MÜASİR METOD
Avropa Beynəlxalq Hospitalında fəaliyyət göstərən Angioqrafiya şöbəsi ürək və damar sistemi xəstəliklərinin diaqnostikasında mühüm rol oynayan ixtisaslaşmış tibbi bölmələrdən biridir.
Operativ Media xəbər verir ki, bu şöbədə müasir görüntüləmə texnologiyaları vasitəsilə damarların vəziyyəti ətraflı şəkildə qiymətləndirilir və pasiyentin vəziyyətinə uyğun tibbi qərarlar qəbul olunur.
Şöbədə Şəmşir Vəliyev, Sevinc Babayeva və Günay Rəhimova kimi təcrübəli tibbi heyət fəaliyyət göstərir. Həkimlər pasiyentlərin müayinəsi, diaqnostik prosedurların aparılması və müalicə planının müəyyən edilməsində yaxından iştirak edirlər.
Angioqrafiya damarların daxili quruluşunun xüsusi kontrast maddə və rentgen texnologiyası vasitəsilə görüntülənməsinə əsaslanan müayinə üsuludur.
Bu metod damarların daralması, tutulması və digər patoloji dəyişikliklərin dəqiq şəkildə müəyyən edilməsinə imkan yaradır. Erkən mərhələdə aparılan diaqnostika isə xəstəliyin vaxtında aşkar olunmasına və daha effektiv müalicə strategiyasının seçilməsinə kömək edir.
Şöbədə müxtəlif növ angioqrafik müayinələr həyata keçirilir. Bunlara ürək damarlarının müayinəsi olan koronar angioqrafiya, beyin damarlarının qiymətləndirilməsi, həmçinin qol və ayaq damarlarının vəziyyətinin araşdırılması daxildir. Eyni zamanda damar tıxanıqlıqlarının müəyyən edilməsi və zəruri hallarda stent yerləşdirilməsi kimi müdaxilələrin planlaşdırılması da bu prosesin mühüm hissəsini təşkil edir.
Angioqrafiya şöbəsinin mütəxəssisləri müasir tibbi avadanlıqlar və peşəkar təcrübəni bir araya gətirərək pasiyentlərə dəqiq diaqnostika və keyfiyyətli tibbi xidmət təqdim etməyi qarşıya məqsəd qoyur. Bu yanaşma damar xəstəliklərinin erkən aşkarlanmasına və pasiyentlərin sağlamlığının qorunmasına mühüm töhfə verir.