Bakı Türk Şəhidliyində Çanaqqala zəfərinin ildönümü qeyd olunub
Çanaqqala zəfərinin 111-ci ildönümü və 18 Mart Çanaqqala şəhidlərini Anım Günü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi anım mərasimi keçirib.
Operativ Media xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.
Səfirlik əməkdaşları, Hərbi attaşelik, müşavirliklər, aidiyyəti qurumlar, QHT nümayəndələri və vətəndaşlar Bakı Türk Şəhidliyini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Mərasim çərçivəsində səfir Birol Akgün abidələr önünə çələng qoyub, şəhid məzarlarını ziyarət edərək qərənfillər düzüb və Şəhidlik xatirə dəftərini imzalayıb.
Çıxışlarda Çanaqqala zəfərinin tarixdə mühüm yer tutduğu və qəhrəmanların fədakarlığının heç zaman unudulmadığını qeyd ediblər. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk başda olmaqla bütün şəhidlərin xatirəsini ehtiramla yad olunub.