Azərbaycan XİN Çanaqqala şəhidləri ilə bağlı paylaşım edib
Operativ Media
Azərbaycan Xarici İşlər Nazirliyi Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anıb.
Operativ Media xəbər verir ki, bu barədə nazirlik "X" hesabında məlumat yayıb.
"18 Mart – Çanaqqala Zəfəri Günüdür. Çanaqqala müharibəsində böyük fədakarlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. Onların göstərdiyi şücaət və birlik ruhu Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələrinin sarsılmaz təməlini təşkil edir. Ruhları şad olsun!", - deyə paylaşımda qeyd edilib.