Menyu

XRİTDX beynəlxalq kibertəlimdə iştirak edib

Operativ Media
XRİTDX beynəlxalq kibertəlimdə iştirak edib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti Belarusun Minsk şəhərində keçirilən beynəlxalq “CyberRing” kibertəlimində iştirak edib.

Operativ Media-ya bu barədə XRİTDX-dən məlumat verilib.

Təlimlər Belarus Respublikasının Prezidenti yanında Operativ-Analitik Mərkəzin dəstəyi ilə Milli Trafik Mübadiləsi Mərkəzi tərəfindən təşkil olunub.

Üç mərhələdən ibarət yarışda iştirak edən 57 komanda arasında XRİTDX-nin “AzCyberForce” komandası ilk beşlikdə qərarlaşaraq ölkəmizi uğurla təmsil edib.

Kibertəlimlərin nəticələrinə həsr olunmuş tədbirdə XRİTDX-nin şöbə rəisi Fəxri Cəfərov xidmətin fəaliyyəti və kibertəhlükəsizlik sahəsində görülən işlər barədə təqdimatla çıxış edib.

Bu kimi beynəlxalq kibertəlimlər kiberdayanıqlılığın artırılması, təcrübə mübadiləsi və müasir təhdidlərə qarşı effektiv mübarizə baxımından mühüm əhəmiyyət daşıyır.

Əlaqəli Xəbərlər