Menyu

Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib

Operativ Media
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib

Prezident İlham Əliyevin fərmanı ilə “Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol”un təsdiqlənib.

Operativ Media xəbər verir ki, Fərmana əsasən, 2024-cü il oktyabrın 8-də Moskva şəhərində Azərbaycan Respublikası tərəfindən qeyd-şərtlə imzalanmış “Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol” təsdiq edilib.

Bu Fərmanda göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərməlidir.

Əlaqəli Xəbərlər