Menyu

Hakan Fidan: İranın hücumları bölgədə sabitliyi pozur

Operativ Media
Hakan Fidan: İranın hücumları bölgədə sabitliyi pozur

“İranın region ölkələrinə etdiyi hücumlar bölgədə sabitliyi pozur və qəbuledilməzdir”.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdurrəhman Əl Sani ilə Dohada keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Nazir bildirib ki, bu hücumlar nə İranın, nə də regionun xeyrinədir:

“İrana edilən hücumlar necə yanlışdırsa, İranın da başqa ölkələrə hücum etməsi eyni dərəcədə yanlışdır. Bu cür addımlar gərginliyi artırır, münaqişəni daha da dərinləşdirir və bölgədə sülhə zərər verir”, - deyə o bildirib.

Əlaqəli Xəbərlər