Menyu

Şahbaz Şərif və Ərdoğan telefonla danışıb

Operativ Media
Şahbaz Şərif və Ərdoğan telefonla danışıb

Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, bu barədə Ş.Şərif  "X"də məlumat yayıb.

Türkiyə və regiondakı digər qardaş ölkələrə yönəlmiş hücumları qəti şəkildə qınadığını bildirib.

"Pakistanın Türkiyə və Körfəz ölkələri ilə olan sarsılmaz həmrəyliyini yenidən təsdiqlədim, gərginliyin azaldılması və dialoq üçün göstərilən bütün səylərə dəstək verməyə hazır olduğumuzu çatdırdım",- Pakistanın Baş naziri qeyd edib.

Liderlər Əfqanıstandakı vəziyyətə dair fikir mübadiləsi də aparıblar:

"Türkiyənin Pakistanla Əfqanıstan arasında sülhün yaradılması səylərini dəstəkləməsi, xüsusilə də bayram günlərində elan etdiyimiz müvəqqəti atəşkəsə verdiyi son töhfələri təqdirlə qarşıladığımı bildirdim".

Söhbət zamanı Pakistan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq da müzakirə olunub.

Əlaqəli Xəbərlər