Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə səfər edib
Operativ Media
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan Patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edib.
Operativ Media xəbər verir ki, Tbilisi beynəlxalq hava limanında spikeri Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili qarşılayıb.
Nümayəndə heyətində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və digər rəsmi şəxslər təmsil olunur.
Qeyd edək ki, II İlya martın 17-də 93 yaşında vəfat edib. O, bu gün vəsiyyətinə uyğun olaraq Tbilisidəki müqəddəs Sioni məbədində dəfn olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net