Menyu

Ermənistan və ABŞ "Tramp marşrutu" üzrə hökumətlərarası saziş hazırlayır

Operativ Media
Ermənistan və ABŞ "Tramp marşrutu" üzrə hökumətlərarası saziş hazırlayır

Ermənistan və ABŞ TRIPP ("Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu") layihəsinin icrası üçün hüquqi mexanizmləri nəzərdə tutan hökumətlərarası saziş hazırlayır. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yerli telekanallar vasitəsilə yayımlanan brifinq zamanı məlumat verib.

"Ermənistan və ABŞ arasında TRIPP ətrafında danışıqlar səngiməyib və təbii axarında davam edir. İlk addım avqust ayında layihənin elan edilməsi idi. İkinci addım kimi yanvarın 14-də genişmiqyaslı tədbirlər planı razılaşdırılaraq dərc olundu və hazırda icra mərhələsindədir. Növbəti mərhələ hüquqi mexanizmlərin əks olunacağı hökumətlərarası sazişin bağlanmasıdır. Hazırda sənəd üzərində işlər aparılır", — deyə nazir bildirib.

Əlaqəli Xəbərlər