Tokayev və Ərdoğan arasında telefon danışığı olub
Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayev ilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, Türkiyə Prezidenti Qazaxıstanda keçirilmiş ümumxalq referendumunun uğurla başa çatması və yeni Konstitusiyanın qəbul olunması münasibətilə Tokayevi təbrik edib.
Ərdoğan yeni Əsas Qanunun ölkənin gələcək inkişafına və daxili, eləcə də beynəlxalq potensialının möhkəmlənməsinə mühüm təkan verəcəyinə əminliyini ifadə edib.
Tokayev isə öz növbəsində referendumun keçirilməsində iştirak və dəstəyə görə Türkiyədən olan müşahidəçilərə təşəkkür edib və bunun iki ölkə arasındakı qardaşlıq münasibətlərinin göstəricisi olduğunu vurğulayıb.
Telefon danışığı zamanı Türkiyə Prezidentinin mayın 14-nə planlaşdırılan Qazaxıstana dövlət səfərinin, eləcə də Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının və "Organization of Turkic States" çərçivəsində qeyri-rəsmi sammitin əhəmiyyəti qeyd olunub.