Menyu

Alen Simonyan: “Niyə Qarabağa “Artsax” deyirsiniz?” - VİDEO

Operativ Media
Alen Simonyan: “Niyə Qarabağa “Artsax” deyirsiniz?” - VİDEO

“Niyə Qarabağa “Artsax” deyirsiniz, başa düşmək istəyirəm, bəs niyə Ermənistanın bəzi ərazilərinə Azərbaycan adları veriləndə özünüzü pis hiss edirsiniz?”

Operativ Media xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistə müraciətində bildirib.

Simonyanın özünün də vaxtilə “Artsax” dediyi xatırladıldıqda, “səhv etmişəm” cavabını verib.

“Qarabağ Azərbaycan ərazisidir”, - o əlavə edib.

Simonyan üzərində Ermənistanın xəritəsi olan nişanını göstərərək qeyd edib ki, həmin xəritədə Türkiyə qərbdə, Azərbaycan şərqdə, İran cənubda, Gürcüstan isə şimalda yerləşir və Cavaxetiya da Ermənistan yox, Gürcüstan ərazisidir.

“Belə şeylər deyərkən qarşı tərəfdən adekvat cavab alanda təəccüblənməyin”, - parlament sədri vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər