Əraqçi: İran hazırda heç bir danışıqlar aparmır
Operativ Media
İran hazırda heç bir danışıqlar aparmır və bu istiqamətdə çağırışları qəbul etmir.
Operativ Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, hazırda danışıqlardan bəhs edilməsi qarşı tərəfin zəifliyidir:
“Əgər əvvəllər qeyd-şərtsiz təslimiyyət tələb edirdilərsə, indi danışıqlardan danışmaları məğlubiyyətin etirafıdır”, – deyə o vurğulayıb.
Əraqçi əlavə edib ki, atəşkəs yalnız zəmanətlərlə mümkündür, əks halda münaqişə yenidən alovlana bilər.
“Zəmanətsiz atəşkəs müharibənin təkrarına gətirib çıxarır”, – deyə o, qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net