Ana səhifə / Siyasət / Tramp: İran ABŞ-nin tələblərini yerinə yetirməyə hazırdır Tramp: İran ABŞ-nin tələblərini yerinə yetirməyə hazırdır 30.03.2026, 10:00 Operativ Media ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonun əksər tələblərini yerinə yetirməyə hazır olduğunu açıqlayıb. Operativ Media xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib. "Onlar əksər maddələr üzrə bizə güzəştə getdilər. Bunu niyə etməsinlər?" - Tramp deyib. Onun sözlərinə görə, Tehran ABŞ-nin təklif etdiyi 15 bəndlik planın böyük hissəsi ilə razıdır. "Onlardan daha bir neçə şey istəyəcəyik", - o əlavə edib. ABŞ lideri həmçinin İranla tez bir zamanda razılaşmanın mümkünlüyünə əminliyini ifadə edib. "Güman edirəm ki, İranla razılaşma olacaq. Bu, tezliklə baş verə bilər", - o qeyd edib.